Rayon haqqında
Taxtakörpü Su Anbarı
Taxtakörpü su anbarı - Samur-Abşeron suvarma sisteminə aid su anbarı. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmişdir.
Tarixi - İnşasına 2007-ci ildə başlanmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" – indi Avropa-Asiya İnşaat Korporasiyası "Yevraskon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə rəsmi mərasim 2013-cü il iyulun 19-da keçirilmişdir. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.
Açılış mərasimi - Açılış mərasimi 28 sentyabr 2013-cü ildə keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Texniki göstəriciləri - Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Taxtakörpü su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarıdır. Buda, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, ərazidəki yollara asfalt döşənmişdir. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür.
lham Əliyev Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində iştirak etmişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın müstəqilliyinin ilk illərində meliorasiya və irriqasiya sistemi bərbad vəziyyətə düşmüşdü. Ulu öndər Heydər Əliyev ilk xarici sərmayəni bu sahəyə yönəltməklə həmin kompleksin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına start vermişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da kəskin ehtiyac duyulurdu. Tezliklə bu layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilmiş, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunmuşdur.
2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanmışdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişçisi olduğu həmin layihəni “Azərkörpü” – indi Avropa-Asiya İnşaat Korporasiyası “Yevraskon” Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər görülmüşdür. İlk növbədə Vəlvələçay-Taxtakörpü kanalının təxminən 11 kilometrlik hissəsi istismara hazır olmuş, 2011-ci il avqustun 15-də rəsmi açılış mərasimi keçirilmişdir. Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin ilk mərhələsi İslam İnkişaf Bankının vəsaiti hesabına aparılmışdır. Ən müasir inşaat işlərində olduğu kimi, burada da kanalın beton üzlüyü xüsusi betondöşəyən maşınlar vasitəsilə qoyulmuşdur.
2013-cü il iyulun 19-da isə 34 kilometr uzunluğunda Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsinin istismara buraxılması və Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə növbəti rəsmi mərasim keçirilmişdir. Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsi və onun sutullayıcı qurğusu Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına inşa edilmişdir. Olduqca çətin və mürəkkəb relyefli ərazilərdən keçən bu kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılmışdır. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Azərbaycan Prezidentinə və xanımına bu irimiqyaslı layihə üzrə aparılan işlər və mühüm hidrotexniki qurğular barədə ətraflı məlumat verdi.
Qeyd edildi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilmişdir. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Bu, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, ərazidəki yollara asfalt döşənmişdir. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür. Ümumilikdə Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasında 86 milyon kubmetrdən çox torpaq, 817 min kubmetr dəmir-beton, eləcə də 62,7 min ton metal və armatur işləri yerinə yetirilmişdir. Tikintinin gur vaxtında burada mindən çox fəhlə və mütəxəssis çalışmışdır.
Bildirildi ki, Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcəkdir. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaqdır.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bəndin üzərində xatirə şəkli çəkdirdilər.
Taxtakörpü su anbarında görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak etdilər.