Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Şabran rayonu Böyük Qafqazın Şimal-Şərqində, paytaxt Bakıdan 123 km məsafədən yerləşməklə şərqdən 24 kilometr məsafədə xəzər dənizi ilə əhatə olunur. Siyəzən, Xızı, Quba, Xaçmaz rayonları ilə qonşudur. Rayonun ərazisi düzənlik-dağətəyi və dağlıq zonalardan ibarətdir. Şabran-Samur ovalığı dəniz səviyyəsindən 28 metrədək aşağıdır. Cənub-qərbdə hündürlüyü 2205 metrdir. Rayon ərazisində palçıq vulkanları vardır, dağlıq hissədə təbaşir paleqon və neoqen ovlaqla antropoqen çöküntüləri yayılmışdır.
Rayon neft, qaz, çınqıl, qum və sair faydalı qazıntılar ilə zəngindir. Müalicə əhəmiyyətli mineral (qalaaltı), fermal (isti su) sular çıxır. Rayon ərazisindəki “Qalaaltı” sanitoriyasında və Dəhnə kəndindəki “İsti su” müalicə ocaqlarında insanlar həmin mineral sularla müalicə olunurlar. Rayonun ərazisində 20500 hektar zəngin meşə vardır.
Rayonun iqlimi-ovalıq və dağətəyi yerlərdə mülayim, isti quru subtropik, dağlıq yerlərdə mülayim-soyuqdur.
Çayları-Dəvəçiçay, Gilgilçay, Şabrançay, Vəlvələçaydır. Çaylar Xəzər dənizinə tökülür. Dəvəçi çayın uzunluğu 45 kilometrdir. Yan hövzəsindən başlanan Pirəbədil və Zağlı çaylarının birləşməsindən əmələ gəlir. Şabran düzündə 1000 hektardan çox ərazini əhatə edən böyük göllər vardır.  Həmin ərazidə 3 ovçuluq nöqtəsi yerləşir.
Şollar su kəməri, 1 və 2-ci Bakı su kəmərləri və Samur-Abşeron kanalı rayonun ərazisindən keçir.

 

Keçidlər