Şriftin ölçüsü :

Saytın rəngi :

Qalaaltı Hotel & Spa Mərkəzi

Qalaaltı Hotel & Spa - Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir.

Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 152 superior, 15 suit otaq və 3 villa üçün nəzərdə tutulmuş, Azərbaycanda müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunmuşdur. Unikal kompleks yaradıcıları bir mükəmməl və rahat istirahət üçün bütün şəraiti təmin etmişdirlər.

 Qalaaltı Tibbi-istirahət kompleksi nin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ"tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.

Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Bura kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Burada dağ havası, dəniz hava ilə birləşir və insanların özünü rahat hiss etdiyi aşağı rütubətli iqlim yaradır.

Qalaaltı haqqında

Kiçik şəhər Dəvəçi (indi Şabran ) Azərbaycanın paytaxtı olan Bakıdan 120 kilometr aralıqda öz həyatını yaşayır. Dəvəçi sözünün mənası Dəvələri saxlayan adam deməkdir. Ancaq bu günlərdə burada dəvəyə rast gəlmək mümkün deyil, halbuki zamanında bu şəhər böyük karvanların əsas dayanacaq yeri olmuşdur. O Böyük Qafqaz silsiləsinin şimal-şərq hissəsində yerləşir. Böyük hissəsi ilə bu ərazi yarısəhralıqdır və quru iqlimə malikdir, lakin dağətəyi sahələrdə iqlim mülayimləşir.

Dəvəçi rayonu şərq tərəfdən Xəzər dənizi ilə həmsərhəddir. Burada qumlu sahil rəvan olaraq yüksəkliklərə daha sonra isə meşə ilə örtülmüş dağlara keçid alır. Dəvəçi meşələrinin ümumi sahəsi 21.5 min hektar təşkil edir. Rayonun ərazisi mineral sular və palçıq vulkanları ilə zəngindir. Yerli meşələrin Zağlı Zeyvə adlanan ərazisində yeraltı neft ehtiyyatları da tapılmışdır. Dəvəçiyə getdikdə çoxlu sayda neft buruqları görmək mümkündür. Rayonun ərazisində iki tarixi-arxeoloji qoruq yerləşmişdir. Söhbət Dəvəçi haqqında gedəndə qeyri iradi Çıraqqala qalasını xatılrlayırsan. Qalaaltı adlanan ərazi öz adını elə bu səbəbdən almışdır, çünki Çıraq qalasının altında yerləşir.

Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Bura kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Burada dağ havası, dəniz havası ilə birləşir və insanların özünü rahat hiss etdiyi aşağı rütubətli iqlim yaradır.

 

Qalaaltı Hotel & Spa Şabran

Şabran r-nu Azərbaycan Respublikası,
İndex: AZ1700
Tel: +994 23 306 80 00;
E-Mail: info@qalaalti.com

 

Keçidlər