Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

 

2014

2015

2016

2017

2018

2019

2020

2021

2022

Əhalinin sayı

56,5

57,5

58,3

58,7

59,4

57.2

57.6

57.9

58.3

O cümlədən

             

 

 

Qaşqın və məcburi köçkün üzrə nümayəndəlik

0,3

0,3

0,3

0,3

0,3

0.3

0.3

0.3

0.3

Daimi əhali

56,2

57,2

58,0

58,4

58,9

56.9

57.3

57.6

58.0

Onda: şəhər əhalisi

24,3

24,7

25,0

25,1

25,2

24.2

24.3

24.4

24.5

          kənd əhalisi

31,9

32,5

33,0

33,6

34,0

32.7

33.0

32.2

33.5

Məşğul əhali (min nəfər)

25,7

26,8

27.3

27,6

27,7

27.9

27.4

28.3

28.8

İşsiz statusu alanlar (nəfər)

157

167

169

223

179

757

-

-

-

İqtisadi fəal əhali (min nəfər)

28,3

28,1

28,7

29.0

29.1

29.2

29.5

30.0

30.5

İqtisadi qeyri-fəal əhali (min nəfər)

9,0

7,2

7,2

7,3

7,2

6.9

6.8

8.5

8.5

Doğulanlar

1088

1045

1037

774

771

916

867

766

756

Ölənlər

368

341

319

371

354

339

491

443

341

O cümlədən: 1 yaşadək uşaqlar

4

1

 

11

4

21

10

3

7

Təbii artım (nəfərlə)

720

704

658

603

412

557

376

323

415

Rayona gələnlər

90

187

191

182

66

33

13

21

35

             gedənlər

59

41

33

71

18

46

27

13

28

Miqrasiya saldosu (nəfər)

31

146

158

111

48

-13

-14

8

7

Nigahlar

556

392

345

395

274

412

201

358

394

Boşanmalar

81

76

74

101

72

112

101

114

78

Ərazisi - 1088 kv.km

Əhalisi – 58.0 min nəfər

O cümlədən:

Qaçqınlar və Məcburi köçkünlər     - 279nəfər (73 ailə)

                           

 

Görkəmli və tanınmış şəxsləri

 Sultanova Ayna Mahmud qızı — Ayna Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il Mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləmişdir. Ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru,Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur. Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya - güllələnməyə məhkum edilmişdir. Ayna Sultanova istintaq zamanı çox alçaldılmışdır.SSRİ-nin dağılmasının sonra Ayna Sultanova olan ictimai münasibət digər dövrün marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcüd olan solçu siyasətçidən biridir.                                                      

   Qəzənfər Mahmud oğlu Musabəyov (14 (26) iyul 1888 — 9 fevral 1938) — SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi. Repressiya qurbanı olunmuşdur.1911-ci ildə Bakı gimnaziyasını,1919-cu ildə Kiyev Universitetinin tibb fakultəsini bitirib. Qəzənfər Musabəyov dövründə kommunizmin qələbə çalacağına inanan şəxslərdən olmuşdur. 1929-1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışmışdır. Lakin bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilmişdir.Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş.Qəzənfər Musabəyov barəsində həqiqətlər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır. Bəzi məqamları aşağıdakı kimidir.1937-ci il iyul ayının 25-də SSRİ Xalq Daxili İşlər Komissarlığı Musabəyov Moskva şəhərindəki evində (Serfimoviç küçəsi 2, mənzil 74) həbs edilib və evində axtarış aparılıb. Q.Musabəyovun 1931-1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetinin sədri vəzifəsində işlədiyi nəzərə alınaraq, o, Tbilisiyə gətirilib. Həmin il avqustun 2-də Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 3-cü şöbəsinin rəis müavini Viner tərəfindən arayış tərtib edilib: "1889-cu ildə anadan olmuş, Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sabiq sədri Musabəyov Qəzənfər Mahmudoviç əksinqilabçı terrorçu və casusluq təşkilatının rəhbəri kimi ifşa olunub. Arayışa Çiçinadze, Getmanov, Xeçuyan və başqalarının ifadələri əlavə edilib". 1937-ci il noyabrın 6-da Gürcüstan SSR Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsinin 2-ci bölməsinin rəis köməkçisi Krimyan Gürcüstan SSR Cinayət Məcəlləsinin 58-7, 58-11 maddələri ilə müqəssir sayılan məhbusa 58-1 maddəsini də şamil edib.

Quliyev Tofiq Ələkbər oğlu (7 noyabr 1917, Bilgəh, Bakı, Azərbaycan — 4 oktyabr 2000, Bakı, Azərbaycan) — bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR-in xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri.Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

Məmmədsəfa Məmmədəli oğlu Qasımov Azərbaycan Respublikasının Əməkdar Artisti, ADMİU-nun dosenti. Məmməd Səfa 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur. 1977-1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan[2], 1980-1984-cü illərdə M.A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir.Hazırda "Yuğ" Teatrının aktyorudur. İncəsənət Universitetində baş müəllim kimi dərs deyir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

 

 

Həmidov Əjdər Qüdrət oğlu 14 avqust 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır.Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır.Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaratmışdır.Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirmişdir.Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə[2] və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

 

 

Keçidlər