Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

06 may 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Şabran Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.

Şabran Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri ilə Quliyev Fuad Fikrət oğlu şöbə müdiri, İsmayılov Seyidağa Zabit oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.

Quliyev Fuad Fikrət oğlu 25.09.1990-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur. 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2010-cu ildə ehtiyata buraxılıb.  2017-ci ilin fevral ayında zabit kimi orduya çağırılıb. Vətən Müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. "Azərbaycan Ordusunun" 100 illiyi yubiley medalı, "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

İsmayılov Seyidağa Zabit oğlu 20.06.1994-cü ildə Dəvəçi şəhərində anadan olmuşdur. 2016-2017-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2017-ci ildə ehtiyata buraxılıb. Vətən Müharibəsində Xocəvənd istiqamətində gedən  gedən döyüşlərdə iştirak edib. "Cəsur döyüşçü" və "Xocəvəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Keçidlər