Şəhidlər
Abbasov Ağababa Səfər oğlu (2002-2020)
Ağababa Abbasov 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açmışdır. İlk təhsilini Uzunboyad kənd məktəbində alan Ağababa həmin məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sənədlərini vermiş, lakin akademiyaya qəbul ola bilməmişdir. Sonra isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirmişdir. Kolleci bitirən Ağababa hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətinin ilk beş ayını Ağcabədidə N saylı hərbi hissəsində başladıqdan sonra sentyabr ayında təlimlərə çağırılmışdır. Əsgər Ağababa Abbasov 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində, xüsusilə, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə kəşfiyyat qrupunun manqa komandiri kimi iştirak etmiş və 29 sentyabr 2020-ci ildə həmin döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Abbasov Samir Adəm oğlu (2001-2020)
Abbasov Samir Adəm oğlu 2001-ci ilin avqust ayının 24-də Uzunboyad kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Abbasov Samir 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Abbasov Samir Şabran rayonunun Uzunboyad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasov Samir ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasov Samir ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağaquliyev İlkin Saməddin oğlu (2000-2020)
İkin Ağaquliyev 4 oktyabr 2000-ci ildə Dəvəçi şəhərində doğulub. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş, rayon və zona yarışlarında mükafatçı olmuşdur. İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhramancasına şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ağayev Ağabala İlqar oğlu (1997-2020)
Ağabala Ağayev 1997-ci il martın 3-də Şabran rayonunun Çölquşçu kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ağabala Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağabala Ağayev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunun Çölquşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabala Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabala Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabala Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağayev Əmirağa Mahir oğlu (2002-2020)
Əmirağa Ağayev 29 may 2002-ci ildə Şabran rayonu Surra kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Əmirağa 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əmirağa Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Ailəsi ilə sonuncu dəfə 11 oktyabr tarixində əlaqə saxlayan Əmirağa Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmirağa Ağayevin nəşi 10 fevral 2021-ci ildə tapılmış və 11 fevral tarixində Şabran Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Aydəmirov Beyrək Etibar oğlu (1990-2020)
Aydəmirov Beyrək Etibar oğlu 1990-cı il avqustun 13-də Çayqaraqaşlı kəndində anadan olmuşdur. Tam orta məktəbi 2008-ci ildə Çölquşçu kəndində bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmirov Beyrək Etibar oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmirov Beyrək ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Ailəli idi. 2 övladı yadigar qaldı.
Babayev Sahil Coşqun oğlu (2002-2020)
Babayev Sahil Coşqun oğlu 2002-ci ilin iyun ayının 5-də Ceyranlı kəndində anadan olmuşdur. Burada 9 illik təhsildən sonra Şabran şəhərindəki 2 saylı tam orta məktəb-litseyə daxil olmuş, məktəbi bitirdikdən sonra 2019-cu ildə Bakı Turizm Kollecinə daxil olur. Təhsili başa vurmamış 2020-ci ilin iyul ayının 7-də həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Babayev Sahil 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babayev Sahil ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Balağayev Seyfəddin Vahid oğlu (1998-2020)
Balağayev Seyfəddin Vahid oğlu 6 mart 1998-ci il tarixində Dəvəçi rayonunda anadan olmuşdur. O, 2004-cü ildən 2015-ci ilə qədər Şabran şəhərində orta təhsilini almışdır. Balağayev 2015-cu ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul olmuşdur.Seyfəddin Balağayev 2020-ci ilin sentyabr ayının axırlarında Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Seyfəddin Balağayev Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 7-də, 22 yaşında Füzuli rayonu ərazisində şəhid olmuşdur. Seyfəddin Balağayev oktyabrın 8-də Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəddin Balağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həmzəyev Musa Xaliq oğlu (2001-2020)
Həmzəyev Musa Xaliq oğlu 2001-ci il iyul ayının 21-də Rəhimli kəndində anadan olmuşdur. 2016-cı ildə ümumi orta məktəbi bitirmişdir. 2019-cu ildə hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində döyüş əməliyyatlarına qatılır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmzəyev Musa ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmzəyev Musa ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsənov Aqil Nofəl oğlu (1996-2020)
Aqil Həsənov 1996-cı il yanvarın 6-də Şabran rayonunun Pirəmsən kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Aqil Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Aqil Həsənov sentyabrın 29-da şəhid olub. Şabran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həsənov Xəyal Əliyulla oğlu (1998-2020)
Xəyal Həsənov 1998-ci il noyabrın 30-da Şabran şəhərində anadan olub.Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Həsənov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hümmətov İzzət Müşviq oğlu (1996-2020)
Hümmətov İzzət Müşviq oğlu 1996-cı il sentyabr ayının 9-da Uzunboyad kəndində anadan olmuşdur. 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti Füzuli “N” saylı hərbi hissədə keçmişdir. 2019-cu ilin avqust ayında “N” saylı Hərbi Hissənin “Həmlə taboru”nda motoatıcı vəzifəsində xidmətinə davam edib. 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində döyüş əməliyyatlarına qatılır. Hümmətov İzzət Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şabran rayonunun Uzunboyad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hümmətov İzzət ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Hümmətov İzzət ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hümmətov İzzət ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlyasov Şükür Qənbər oğlu (1991-2020)
Şükür İlyasov 1991-ci il yanvarın 9-da Şabran şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şükür İlyasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şükür İlyasov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
İsgəndərov Elvin Akif oğlu (1988-2020)
Elvin İsgəndərov 1998-ci il avqustun 14-də Şabran rayonunda anadan olub. Elvin İsgəndərov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Elvin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elvin İsgəndərov oktyabr 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Ailəli idi. 3 övladı yadigar qaldı.
Kərimov Tərlan Daşqın oğlu (1992-2020)
Kərimov Tərlan Daşqın oğlu 1992-ci ildə Dəvəçi rayonunda anadan olmuşdur. 2007-ci ildə C.Naxçıvanski adına hərbi litseyə daxil olmuşdur. Litseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyada ümumqoşun kəşfiyyatı ixtisası üzrə təhsil alır. 2014-cü ildə təhsilini başa vurur. 2014-cü ildən 2015-ci ilədək Silahlı Qüvvələrin Təlim-Tədriz Mərkəzində öz ixtisası üzrə təhsil alır. 2015-ci ildən Milli Ordumuzda leytenant rütbəsində gənc zabit kimi kəşviyyat tağım komandiri vəzifəsində xidmətə başlayır. İlk olaraq Beyləqanda “N” saylı hərbi hissədə xidmət edir. 2019-cu ildə tabor komandirinin müavini, çox keçmədən taborun qərargah rəisi vəzifəsinə yüksəlir. 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində döyüş əməliyyatlarına qatılır. Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərimov Tərlan ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərimov Tərlan ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehdiyev Anar İlham oğlu (2001-2020)
Anar Mehdiyev 2001-ci il dekabrın 16-da Şabran rayonunun Zeyvə kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Anar Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Mehdiyev oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Muradov Elgün Etibar oğlu (1998-2020)
Elgün Muradov 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur. 2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. 2016-2017-ci illərdə "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Həqiqi hərbi xidməti fəxri fərman və təşəkkürnamələrlə başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ildə təhsil aldığı kolleci "maliyyə işi" ixtisası üzrə bitirmişdir.2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Elgün Muradov adını könüllülər sırasına yazdırmışdır. 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə çağırılmışdır. Könüllü əsgər Elgün Muradov Cəbrayılın, Füzulinin, Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və fəal iştirak etmişdir. 28 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 30 oktyabr 2020-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurməmmədov Nurlan Niyazi oğlu (2002-2020)
Nurlan Nurməmmədov 20 may 2002-ci il tarixində Azərbaycanın Şabran rayonunun Sincanboyad kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır. Nurlan Nurməmmədov 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Nurlan Nurməmmədov Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 18 yaşında Füzuli rayonu ərazisində şəhid olmuşdur. Nurlan Nurməmmədov oktyabrın 14-də Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nurməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orucov Ürfan Firdovsi oğlu (1996-2020)
Ürfan Orucov 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.Ürfan Orucov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.Azərbaycan Ordusunun əsgəri olan Ürfan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ürfan Orucov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Poladov Aynur Şıxbaba oğlu (1980-2020)
Aynur Poladov 1980-cı il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Aynur Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aynur Poladov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunun Zeyvə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Ailəli idi. 2 övladı yadigar qaldı.
Qasımov Hikmət Vidadi oğlu (1990-2020)
Qasımov Hikmət Vidadi oğlu 11 fevral 1990-cı ildə Çölquşçu kəndində anadan olmuşdur. Çölquşçu tam orta məktəbi bitirdikdən sonra 2008-2010-cu illərdə hərbi xidmətdə olmuşdur. 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq döyüş əməliyyatlarına qatılır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qasımov Hikmət ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qasımov Hikmət ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Quliyev Daşqın Nəcməddin oğlu (2001-2020)
Daşqın Quliyev 2001-ci il dekabrın 20-də Şabran şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Daşqın Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Quliyev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Şabran şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəsulov Mirbala Əmirağa oğlu (1989-2020)
Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirbala Rəsulov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahbabayev Güləddin Zəfər oğlu (2001-2020)
Güləddin Şahbabayev 2001-ci il mayın 21-də Şabran rayonunun Düz Bilici kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Güləddin Şahbabayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Güləddin Şahbabayev oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləddin Şahbabayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləddin Şahbabayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şahbazlı Əlikram Novruz oğlu (2001-2020)
Şahbazlı Əlikram Novruz oğlu 01 oktyabr 2001-ci ildə Bor-bor kəndində anadan olmuşdur. Orta məktəbi Padar tam orta məktəbində bitirmişdir. 07 oktyabr 2019-cu ildə Goranboy rayonunda xidmət etməyə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Hadrut, Talış kəndi istiqamətində gedən döyüşlərdə öz şücaətini göstərərək vuruşmuşdur. 07 oktyabr 2020-ci il tarixdə yaşadığı Bor-bor kədnində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbazlı Əlikram ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbazlı Əlikram ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbazlı Əlikram ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Siracov Fətulla Qasım oğlu (2001-2021)
Fətulla Siracov 18 aprel 2001-ci ildə Şabran rayonunun Gəndov kəndində anadan olmuşdur. Fətulla Siracov ailədə 3 bacı və bir qardaş olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Fətulla Siracov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətulla Siracov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Hərbi xidmət müddətində ağciyər iltihabından əziyyət çəkən Fətulla Siracov 29 yanvar 2021-ci ildə Kəlbəcərdə xidmət zamanı ürək tutmasından dünyasını dəyişmişdir. Nəşi doğulduğu Şabran rayonunun Gəndov kəndində dəfn edilmişdir.