Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş futbol üzrə rayon çempionatının final oyunu keçirilmişdir.

10 may 2023 | 18:53
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş futbol üzrə rayon çempionatının final oyunu keçirilmişdir.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ümumilikdə 15 komandanın yarışdığı müsabiqənin final turunda "Səba" ASC-nin "Səba" komandası və Şabran rayonunda fəaliyyət göstərən bank müəssisələrinin əməkdaşlarından ibarət "Banklar" komandaları üz-üzə gəlmişdir. Gərgin mübarizə şəraitində keçən oyunun sonunda "Səba" komandası 1-0 hesabı ilə qalib gəlmiş və turnirin çempiyonu adına layiq görülmüşdür.
Sonda hər iki komanda Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov tərəfindən kubok və medallarla təltif edilmişdir.
Keçidlər