"Tik-idarə et-təhvil ver" modeli çərçivəsində görüş
21 oktyabr 2022 | 11:49
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 dekabr 2016-cı il tarixli 1149 nömrəli Fərmanı ilə "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası" təsdiq edilmişdir. Qaydaların 2.1-ci bəndinə uyğun olaraq, ötən dövr ərzində yerli icra hakimiyyəti orqanları, eləcə də Şabran rayon İcra Hakimiyyəti bu səpkidə perspektiv investisiya layihələri barədə təkliflərini aidiyyatı üzrə təqdim etmişdir.
Şabran rayon İcra Hakimiyyətinin inzibati binasında bu təkliflərin qarşılıqlı müzakirəsi baş tutmuşdur.
İclasda Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Azərbaycan Respublikasının KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktoru Anar Salmanov, mərkəzin əməkdaşları və digər məsul şəxslər iştirak etmişdir.