Şriftin ölçüsü :

Saytın rəngi :

"Səyyar Gənclər Xidməti" Şabranda öz işinə başlayıb.

05 avqust 2024 | 10:10
"Səyyar Gənclər Xidməti" Şabranda öz işinə başlayıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı və Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 3 nömrəli tam orta məktəbində baş tutan tədbir 05-08 avqust tarixləri arasında hər gün saat 10:00-dan etibarən fəaliyyətini davam etdirəcək.
“Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti ilə bağlı maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil edilir. Kitab sərgisi, müxtəlif mövzularda təlimlər, intelektual və idman yarışları, şəxsi inkişaf ilə bağlı sessiyalar keçirilir, dövlət tərəfindən gənclər üçün mövcud xidmət və imkanlar, xüsusilə də ölkə daxilində və xaricdə təhsil, məşğulluq, sahibkarlıq və könüllülük fəaliyyətləri barədə təqdimatlar nümayiş olunur. Səfər zamanı gənclər könüllülük, ixtisas seçimi, xarici dil, ünsiyyət, natiqlik və digər mövzularda qrup təlimləri keçirilir.
Keçidlər