Şriftin ölçüsü :

Saytın rəngi :

Səməndər Musayev adına Uzunboyad kənd tam orta məktəbinin yeni istifadəyə verilmiş binasının açılış mərasimi keçirilmişdir.

15 sentyabr 2022 | 11:40
Səməndər Musayev adına Uzunboyad kənd tam orta məktəbinin yeni istifadəyə verilmiş binasının açılış mərasimi keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon və kənd ictimaiyyət nümayəndələri iştirak etmişdir.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Uzunboyad kənd şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edən tədbir iştirakçıları abidə önünə tər gül dəstələri qoyaraq onları ehtiramla yad etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılmışdır.
Daha sonra yeni istifadəyə verilmiş məktəbə baxış keçirilmiş və Asif Hüseynov məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Keçidlər