Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəhid ailələri və qazilər, onlarla görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda işgüzar müşavirə keçirilmişdir.

20 sentyabr 2022 | 09:18
Şabran rayon İcra Hakimiyyətinin inzibati binasında "Şəhid ailələri və qazilər, onlarla görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda işgüzar müşavirə keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri iştirak etmişlər.
Asif Hüseynov vətəndaş müraciətlərinə baxılması, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırıb. Yerlərdə qaldırlan məsələlərin operativ şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.
Asif Hüseynov qeyd olunan sahələr üzrə mövcud nöqsanların aradan qaldırılması istiqamətində idarə və təşkilat rəhbərlərinə eləcədə icra nümayəndələri və bələdiyyələrə müvafiq tapşırıqlarını verib.
Keçidlər