Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü silsilə tədbirlərlə qeyd olunub

10 may 2022 | 11:53
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Şabran rayonunda Ulu Öndərin adına olan meydanda yerləşən abidəsi önünə gül dəstələri qoyularaq ehtiramla qeyd olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə keçirilən tədbirlər silsiləsi çərçivəsində Mədəniyyət Mərkəzinin qarşısında "Əfsanələr Diyarı-Şabranımız" adı altında Çıraqqala-Şabran Dövlət Tarix - Mədəniyyət Qoruğunun eksponat sərgisi keçirilmişdir. Tədbirdə həmçinin Vətən Müharibəsi şəhidlərinin xatirə guşəsi təqdim olunmuşdur.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının və rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Keçidlər