Şabran rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirmişdir.
10 fevral 2023 | 12:10
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
Şabran rayon 5 saylı tam orta məktəbdə keçirilən qəbulda Asif Hüseynov şəhərin Atatürk, Ü.Orucov, S.Balağayev, Səttərxan, N.Tusi və N.Rəfibəyli küçələrində yaşayan vətəndaşları dinləyib.
Səyyar qəbul zamanı sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcrası zaman tələb edən məsələlər nəzarətə götürülüb.