Şabran rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
12 dekabr 2023 | 14:48
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
Suvarma Sistemləri İdarəsinin inzibati binasında baş tutan səyyar qəbul zamanı ətraf küçələrdə məskunlaşan sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcrası zaman tələb edən məsələlər nəzarətə götürülüb.