Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayon İcra Hakimiyyətinin başçısı Uzunboyad kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir

17 aprel 2023 | 12:54
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov rayonun Uzunboyad kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə Uzunboyad kəndində ucaldılmış abidə ziyarət olunmuş və şəhidlərimizin abidələri önünə tər gül dəstələri qoyularaq onların əziz xatirəsi ehtiramla anılmışdır.
Daha sonra Uzunboyad kənd tam orta məktəbində baş tutan səyyar qəbulda sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcrası zaman tələb edən məsələlər nəzarətə götürülüb.
Keçidlər