Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
16 dekabr 2022 | 15:35
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
Şabran Suvarma Sistemləri İdarəsinin inzibati binasında baş tutan qəbulda Asif Hüseynov şəhərin Meliorasiya, Ş.Qurbanov, Z.Bünyadov küçələrində yaşayan vətəndaşları dinləyib.
Səyyar qəbul zamanı sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcrası zaman tələb edən məsələlər nəzarətə götürülüb.