Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Vətən uğrunda şəhadətə ucalmış qəhrəmanlarımızın ailələrini ziyarət etmişdir.
04 noyabr 2026 | 17:43
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Vətən uğrunda şəhadətə ucalmış qəhrəmanlarımız Rəsulov Murad İlqar oğlunun, Həsənov Xəyal Əliyulla oğlunun və Ağayev Əmrağa Mahir oğlunun ailələrini ziyarət etmişdir.
Keçirilən görüşlərdə şəhidlərimizin valdeynləri və yaxınları ilə səmimi həmsöhbət olunaraq onların sosial qayğıları, müraciətləri və ehtiyacları ətraflı öyrənilmişdir. Rayon rəhbəri Vətənin bütövlüyü naminə canlarını fəda etmiş igid oğullarımızın misilsiz şücaətindən söhbət açaraq, onların əziz xatirəsinin xalqımızın qəlbində həmişə yaşayacağını vurğulamışdır.
Dövlət başçısının rəhbərliyi ilə şəhid ailələrinin və müharibə iştirakçılarının müdafiəsinin, hərtərəfli qayğı ilə əhatə olunmasının prioritet vəzifə olduğu bir daha diqqətə çatdırılmış, ortaya çıxan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağı bildirilmişdir. Şəhid valideynləri göstərilən diqqət və ehtirama görə öz minnətdarlıqlarını ifadə etmişlər.
Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyirik.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik






