Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Leyti kəndində səyyar qəbul keçirib.
16 sentyabr 2026 | 17:44
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Leyti kəndində növbəti səyyar qəbulunu keçirib.
Şabran Rayon İcra Hakimiyyəti başçısının təsdiq edilmiş aylıq qəbul qrafikinə əsasən, yerlərdə vətəndaşlarla mütəmadi və sistemli şəkildə keçirilən səyyar qəbullar davam edir.
Daimi xarakter daşıyan bu qrafikə uyğun olaraq, növbəti görüş rayonun Leyti kəndində təşkil olunub. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı Leyti kənd sakinlərinin təklifləri, istəkləri və müraciətləri fərdi qaydada diqqətlə dinlənilib. Sakinlər tərəfindən qaldırılan və araşdırılması zaman tələb etməyən bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin operativ şəkildə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həlli üçün aidiyyəti məsul şəxslərin və xidmət rəhbərlərinin iştirakı ilə müvafiq tədbirlər müəyyənləşdirilib, konkret tapşırıqlar verilib. İcrası zaman tələb edən müraciətlər isə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xüsusi nəzarətə götürülüb.






