Şabran rayon İcra Hakimiyyəti də qardaş Türkiyə Cümhuriyyətində zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına qoşuldu.
13 fevral 2023 | 16:16
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 6 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş verən güclü zəlzələ nəticəsində zərər çəkmiş türk soydaşlarımız üçün Şabran, Siyəzən və Xızı rayon İcra Hakimiyyətləri birgə yardım kompaniyası həyata keçirmiş və toplanan yardım yola salınmışdır.