"MÜSİAD Azərbaycan" İctimai Birliyinin təşkilatçılığı və Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şabran rayonunda iftar süfrəsi təşkil olunmuşdur.
09 mart 2025 | 14:25
"MÜSİAD Azərbaycan" İctimai Birliyinin (Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi) təşkilatçılığı və Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şabran rayonunda iftar süfrəsi təşkil olunmuşdur.
Ənənəvi iftar süfrəsində Türkiyə Cumhuriyyərinin Azərbaycan Respublikasındakı fövqəladə və tam səlahiyyətli səfiri Birol Akgün, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, "MÜSİAD Azərbaycan"-nın İdarə Heyətinin sədri Rəşad Cabirli, şəhid ailələri, müharibə veteranları və rayon ictiamiyyəti iştirak etmişdir.