Şriftin ölçüsü :

Saytın rəngi :

Fevral ayının sonuncu səyyar qəbulu Şabran şəhər 3 saylı ümumi orta məktəbdə keçirilmişdir.

24 fevral 2023 | 10:31
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
Şabran rayon 3 saylı ümumi orta məktəbdə baş tutan qəbulda Asif Hüseynov şəhərin Nizami, X.Əhmədov, Füzuli, S.Mehmandarov, A.Tacıyev və Şəhriyar küçələrində yaşayan sakinləri dinləyib.
Səyyar qəbul zamanı sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcrası zaman tələb edən məsələlər nəzarətə götürülüb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər