Əmirxanlı kəndində səyyar qəbul keçirilmişdir.
02 sentyabr 2022 | 11:17
Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov rayonun Əmirxanlı kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir.
Qəbulda Şabran rayon Polis şöbəsinin rəisi, rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.