Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilmişdir.

23 iyun 2022 | 16:37
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Şabran rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Şabran rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin əməkdaşları və Şabran rayonunda çalışan digər dövlət qulluqçuları iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etmiş və abidə önünə gül dəstələri qoyulmuşdur.
Tədbiri giriş sözü ilə açan Asif Hüseynov ilk öncə bütün Dövlət Qulluqçularını peşə bayramları münasibətilə təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 25 may 2006-cı il tarixli, 1476 nömrəli sərəncama əsasən hər il iyun ayının 23-ü dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Sonda Dövlət Qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup Dövlət Qulluqçusu Şabran rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.
Keçidlər