Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Oqtay Şirəliyev Şabranda şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

26 avqust 2016 | 16:00

26.08.2016-cı il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Şabran Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar rayonlarından olan 10 vətəndaşı qəbul edib.
Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Keçidlər