Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar işçi qrupunun yaradılması barədə tədbir keçirilmişdir.

11 avqust 2016 | 16:00

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məhsullarının inkişafına dair tapşırıqları, bununla bağlı Prezident Administrasiyasında keçirilmiş müşavirələrdə verilmiş tövsiyələrin yerində icra vəziyyətinin öyrənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar və sənaye məsələlər şöbəsinin müdiri, İşçi qrupunun rəhbəri Azər Əmiraslanovun rəhbərliyi ilə  Şabran RİH başçısının birinci müavini Mehdi Balabəyov, Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə rayon Heydər Əliyev Mərkəzində məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

İclas diskussiya formasında davam etdirildi.  Ayrı-ayrı fermerlər, iş adamları, mülkiyyətçilər heyvandarlığın, taxılçılığın, arıçılığın və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması yollarından söhbət açdılar. Onların fikirləri, təklifləri, problemləri öyrənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumların rəhbərləri cavab  verdilər. Görüş işgüzar şəraitdə başa çatdı.

Keçidlər