Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Milli Qurtuluş Günü qeyd olunmuşdur.

17 iyun 2016 | 16:00

Şabran rayon Heydər Əliyev Mərkəzində 15 İyun – “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib. Şabran rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü önündə gülqoyma mərasimi keçirilmişdir. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbirdə çıxış edərək ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır ictimai-siyasi vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz əbədiyaşarlıq qazanıb, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin formalaşması sahəsində böyük işlər görülüb.
Vurğulanıb ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir. Digər çıxışlar da dinlənildikdən sonra Ümummilli liderin həyatından bəhs edən film nümayiş olunub.

Keçidlər