Rayonun Günəşli kəndinə mavi yanacağın verilməsi təşkil olunmuşdur.
07 may 2016 | 16:00
Tədbirdə Azəriqaz İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismar idarəsinin rəisi Fariz Məmmədov iştirak etmişdir.139 abonentlik Günəşli kəndinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11978 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.