Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Novruz bayramı münasibətilə geniş bayram tədbiri keçirilmişdir.

19 mart 2016 | 16:00

Şabran rayonunda Novruz bayramı münasibətilə geniş bayram tədbiri keçirilmişdir.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı cənab Novruz Novruzov və rayon ictimaiyyətinin müşaiyəti ilə rayonun kənd və qəsəbələrində istehsal olunan kənd təsərrüfatı məhsullarının və bayram atributlarının nümayiş olunduğu pavilyon-stendlərlə tanış olmuş, rayon idmançılarının xüsusi idman nümayişlərinə baxış keçirmişdir. Nümayişlərdən sonra İcra Hakimiyyəti başçısı öz nitqində bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdir.
Daha sonra tədbir respublikanın və rayonun musiqi ustalarının iştirakı ilə davam etmiş, ənənəvi olaraq hər il keçirilən Cıdır yarışının qalibləri, ən yaxşı pavilyon-stendlər və tədbirin keçirilməsində xüsusi fəallıq göstərmiş bir sıra şəxslər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

Keçidlər