Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

07 noyabr 2026 | 13:52

 

8 Noyabr - Zəfər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, müharibə veteranları, eləcə də geniş rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidlərin məzarları üzərinə təzə qərənfillər və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər