8 Noyabr – Zəfər Günü münasibətilə Şabran rayonunda konsert proqramı təşkil edilib.
07 noyabr 2026 | 16:57
8 Noyabr – Zəfər Günü münasibətilə Şabran rayonunda bayram tədbirlərinin davamı olaraq təntənəli konsert proqramı təşkil edilib. Zərifə Əliyeva adına Meydanda baş tutan bayram tədbirində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, millət vəkili Mahir Süleymanlı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Respublikasının və rayonun mədəniyyət və incəsənət xadimlərinin, habelə bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə rəngarəng musiqi nömrələri təqdim olunub. Konsertdə Vətənə, torpağa, şanlı Qələbəyə və Müzəffər Ordumuza həsr olunmuş vətənpərvərlik mahnıları səsləndirilib, rəqs kollektivlərinin çıxışları tədbir iştirakçıları tərəfindən böyük coşğu və alqışlarla qarşılanıb.






