8 Noyabr - Zəfər Günü münasibətilə Mədəniyyət Sarayında bayram tədbiri keçirilmişdir.
08 noyabr 2022 | 15:13
8 Noyabr - Zəfər Günü münasibətilə Mədəniyyət Sarayında bayram tədbiri keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir daha sonra öz işini rayonumuzun və ölkəmizin incəsənət ustalarının, estrada müğənnilərinin çıxışları ilə davam etdirmişdir.