Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı keçirilib.

08 noyabr 2023 | 17:48
Şabran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şabran rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı keçirilib.
Rayonun mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub. Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayon İcra Hakimiyyətinin kollektivi, rayonun idarə, müəssisə rəhbərləri və işçiləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Respublikamızın və şəhərimizin incəsənət nümayəndələrinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda atəşfəşanlıq olub.
Keçidlər