Şriftin ölçüsü :

Saytın rəngi :

Məleykə Abbaszadə Şabran rayonunda vətəndaşları qəbul edəcək.

03 mart 2016 | 16:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2016-cı il martın 11-də  saat 11:00-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində (Şabran , H.Əliyev prospekti, 60a) vətəndaşları qəbul edəcək.

Qəbulda Şabran, Quba, Qusar, Siyəzən, Xaçmaz rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Xaçmaz regional bölməsinə (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç., 7B,  tel: (023 32) 50121) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran, Quba, Qusar, Siyəzən rayon təhsil  şöbələrinə də müraciət edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Keçidlər