Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şabran şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

24 fevral 2016 | 16:00

       Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev  fevralın 25-də  saat 11:00-da Şabran şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 60A) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

      Qəbul zamanı bölgədə yerləşən rayonların - Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

     Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Keçidlər