Gənclər günü Şabran rayonununda qeyd olunub.
Gənclər günü 2 fevral 2016-cı il tarixində Şabran rayonununda da qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyətinin başçısı cənab Novruz Novruzov, rayon İcra Hakimiyyətinin I müavini Mehdi Balabəyov, rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev, rayon idarə və müəssisələrinin müdirləri və rayon gəncləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Şabran rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov gəncləri bayram münasibəti ilə təbrik edərək idarənin fəaliyyəti barədə geniş və ətraflı məruzə etdi.O,məruzəsində gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin hər bir ölkə,hər bir dövlət üçün ən başlıca məsələ olduğunu,Gənclər Siyasətinin banisi ulu öndər Heydər Əliyevin daima bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı Fərman və Sərəncamlardan,bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsindən,rayonumuzda 16 mindən yuxarı yeniyetmə və gəncin yaşamasından,onlara göstərilən diqqət və qayğıdan ,2015-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı. Rayonun idman sahəsində fəqlənən gənclər idarənin fəxri fərmanı ilə mükafatlandırıldı. ""Asan Xidmət"in Şabran rayonundakı səyyar fəaliyyəti zamanı könüllü qismində işləyən 11 rayon gəncinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şəhadətnaməsi və könüllü xasiyyətnaməsi təqdim olunub.