Şriftin ölçüsü :

Saytın rəngi :

Şabranda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

20 yanvar 2016 | 16:00

Bu gün Şabran rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb. "Qəhrəmanlar seyrəngahı"nda keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının,xidmət təşkilatlarının,dövlət idarələrinin və digər müəssisə çalışanlarının iştirakı ilə xüsusi izdiham yaşanıb.
Təbdbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyəti başçısı cənab Novruz Novruzov şəhidlik adının ucalığından, 26 il bundan əvvəl 20 Yanvar günü vətən və azadlıq yolunda canlarından keçənlərin xatirəsinin unudulmadığından və bundan sonra neçə illər keçsə də unudulmayacağından bəhs edib. Başçı öz nitqində o dövrdə baş verən hadisələrə ilk münasibətin xalqın böyük oğlu və təəssübkeşi Ümummilli lider Heydər Əliyev tərəfindən gəlməsindən, Ulu Öndərin keçmiş SSR-inin paytaxtı Moskvadakı çıxışı zamanı baş verən faciənin səbəbkarlarının bir an öncə cəzalandırılmasını tələb etməyindən danışıb.

     

Keçidlər