Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Naziri tərəfindən vətəndaşların qəbulu keçiriləcəkdir.

24 dekabr 2015 | 16:00

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 dekabr 2015-ci il tarixində Şabran şəhərində, Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 75) 24 dekabr 2015-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Keçidlər