Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

10 dekabr 2015 | 16:00

Şabran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şabran rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
İlk öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov və rayon ictimaiyyəti tərəfindən Ulu Öndərin büstü önünə gül qoyulmuş,daha sonra rayon 1 saylı Uşaq Bağçasının uşaqlarının və "Gənc Heydərçilər"in Ümummilli Lider haqqında hazırladıqları şer kompozisiyaları dinlənilmişdir.
Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan cənab Novruz Novruzov Ulu Öndərin tarixi şəxsiyyət olmasından, ömrünün son gününə qədər xalqı üçün çalışmasından və şərəfli ömür yolundan bəhs etmişdir.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin birinci müavini Mehdi Balabəyov da öz nitqində Heydər Əliyevin ömrü boyunca xalqı üçün əldə etdiyi nəaliyyətlərdən,həyata keçirdiyi böyük işlərdən söhbət açmışdır.
Şabran rayon Təhsil şöbəsinin metodisti Yəhya Nuşiyevin və rayon Mədəniyyət şöbəsinin müdiri Əhməd Səmədovun da çıxışları dinlənildikdən sonra rayon İcra Hakimiyyətinin hazırladığı Ulu Öndərin həyatından bəhs edən film nümayiş olunmuşdur.

Keçidlər