Şabranda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilmişdir.
Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi Şabran rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibəti ilə anım tədbiri keçirildi. Tədbirdə Şabran rayon İcra hakimiyyətinin başçısı cənab Novruz Novruzov, başçının müavinləri, RİH aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimai təşkilatların nümayəndələri və rayon sakinləri iştirak edirdi. Ümummilli liderə böyük sevgi və məhəbbət ifadə edən tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Ulu Öndərin heykəli qarşısına toplaşmışdı.Şabranlılar tədbirdəki izdihamlı iştirakı ilə Heydər Əliyevə olan sevgilərini bir daha sübut etdi.