Şabran rayonunda Ağsaqqallar Şurasının iclası keçirilib.
Şabran rayon İcra Hakimiyyətinin akt zalında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov iştirak edib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Şabran Şəhər Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Abbasov Bəhlul yenidən Şabran şəhər Ağsaqqallar Şurasının sədri seçilib.
İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.