Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində tədbir keçirildi.

28 avqust 2020 | 16:00

   28 avqust 2020-ci il tarixdə AFFA-nın və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabran rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində tədbir keçirildi.

  Bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində rayonun Dəvəçi kəndində 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları verildi.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən seçilmiş Milli Məclisin deputatı Sadiq Qurbanov iştirak ediblər.

Keçidlər