Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişi Şabran rayonunda qeyd olunub.

26 dekabr 2025 | 14:52
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişi Şabran rayonunda qeyd olunub.
Tədbirdə ilk öncə Azərbaycan Respulikasının Dövlət Himni səsləndirilmiş və ölkəmizin ərazi bütövlüyü uğruda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov tədbir iştirakçılarının timsalında bütün şabranlıları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, xalqımıza cansağlığı, ruzi-bərəkət, əmin-amanlıq və firavanlıq arzulamışdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətini vurğulayan Asif Hüseynov qeyd etmişdir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məsclisə «Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında» tarixi qərar qəbul etdi. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi rəsmi bayram kimi elan edib. Əsası Ulu öndər tərəfindən qoyulmuş diaspor quruculuğu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bir sözlə, diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir.
Tədbir öz işinə Rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili və əyləncəli nömrələr ilə davam etmişdir.
Keçidlər