Şriftin ölçüsü :

Saytın rəngi :

Şabran rayon İcra Hakimiyyəti tərəfindən görülən tədbirlər nəticəsində karantin müddəti bitmiş şəxslər yola salınmışdır.

07 aprel 2020 | 16:00

Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ölkə xaricindən Respublikaya gətirilmiş vətəndaşlardan 189 nəfəri Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Otel SPA" Kompleksinə yerləşdirilmişdir.

Şabran rayon İcra Hakimiyyəti tərəfindən görülən tədbirlər nəticəsində 07 aprel 2020-ci il tarixdə karantin müddəti bitmiş 81 nəfər Qalaaltı-Bakı reysi üzrə 3 sərnişin avtobusu ilə, 20 nəfər isə Qalaaltı-Qusar reysi üzrə 1 sərnişin avtobusu ilə yola salınmışdır.

Keçidlər