Şabranda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə işlərinə başlanmışdır.
27 mart 2020 | 16:00
İnfeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Şabran Rayon İcra Hakimiyyətinin aparatı, İƏD nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət ümumilikdə 46 qrup yaradılmışdır.
Şabran Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrupların üzvləri şəhərin prospekt və küçələrində, məhəllələrdə, kəndlərdə xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.