Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanında tədbir keçirilmişdir.

27 sentyabr 2022 | 09:39
27 sentyabr - Anım Günü Şabran rayonunda qeyd edilib
Şabran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr-Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər eləcə də rayon ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə ölkəmizin ərzi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
Daha sonra tədbir iştirakçıları şəhidlərimizin məzarları önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad etmişdir.
Sonra Rayon Mədəniyyət Mərkəzinin səhnələşdirdiyi kompozisiya nümayiş olunub.
Sonda tədbir Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Vətən Müharibəsi Şəhidlərinin ailə üzvüləri ilə birlikdə ağacəkmə aksiyası ilə davam etdirilib.
Saat 12:00-da şəhər ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçidlər