"İDEA" İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Şabran rayonunda 1000 ədəd badam ağacı salınıb.
"İDEA" İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü, Şabran rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şabran rayon Gəndov İnzibati Ərazi Dairəsinin ərazisində ayrılan 2 hektar ərazidə 3 aztəminatlı ailə üçün 1000 ədəd badam ağacı əkilib.
Tədbirdə 200 gənc könüllü və rayon ictimaiyyəti iştirak etmişlər.
Layihənin məqsədi aztəminatlı ailələr üçün meyvə bağlarının salınması, ailələrə təhvil verilməsi və bu ailələrin həmin meyvə bağlarına qulluq edərək, onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarının yaxşılaşdırma imkanlarını əldə etməkdir.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, "İDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlamışdır.