Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın böyük şairi İmaddədin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

01 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə əlaqədar imzaladığı sərəncama əsasən Şabran rayonunda Rayon İcra Hakimiyyəti və YAP Şabran rayon təşkilatının dəstəyi, Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Nəsimi 650" adı altında regional tədbir keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, Xaçmaz regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictiamiyyəti iştirak etmişlər.
İlk öncə Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş sərgi nümayiş olunmuş, şerlər səsləndirilmişdir. Tədbir öz işini daha sonra Mədəniyyət Mərkəzində davam etdirmişdir. Şabran Xalq Teatrının ifasında "Əbədiyaşar şair" adlı tamaşa nümayiş olunmuşdur.

  

                                                              

Keçidlər