Şabran rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci yarısında sosial-iqtisadi sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirə ilə əlaqədar Şabran rayonunda 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr haqqında Şuranın geniş iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, 11 nəfər Şura üzvü, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdi.
İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı bu ilin 6 ayı ərzində rayonda görülmüş işlərdən danışdı.
İclasda Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayev, Şabran Qaz İstismar Sahəsinin rəisi Axundbala Həmidov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şamilov Adil və Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İlkin Ağayev çıxış etdilər.
Çıxışların ardınca cənab Prezident İlham Əliyev tərəfindən Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İlkin Ağayevə dövlət qulluğunda fərqlənməyə görə medalı, Azad Həmkarlar Təşkilatı İttifaqı Komitəsinin Şabran rayon bölməsinin sədri Seymur Qədəşova və Şabran şəhər 1 saylı tam orta məktəbin direktoru Fikrət Şamxalova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (1918-2018) yubiley medalı təqdim olundu.
\