23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı Şabran rayonunda qeyd olunub.
24 iyun 2024 | 15:10
23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı Şabran rayonunda qeyd olunub.
Şabran rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müəllifi olduğu 1995-ci ildə qəbul olunan ilk milli Konstitusiya ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit edir. 2000-ci ildə qəbul olunan “Dövlət qulluğu haqqında” Qanun isə bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirdi. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən 23 iyun – ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edilməsi də Ulu Öndərin dövlət qulluğu siyasətinin uğurlu davamının parlaq təzahürüdür. Dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, habelə vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir.
Sonda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.