Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şabranda vətəndaşları qəbul edəcək.
Qəbul Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə baş tutacaq. Vətəndaşlar qurumun fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan və digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq Komitənin office@emdk.gov.az elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Şabran rayon şöbəsi: (023) 325-00-18, 353-24-63;